Azərbaycan Premyer Liqasının 23-cü turunun təxirə salınmış “Qəbələ” qarşı matçda zədələnən “Qarabağ”ın forvardı Olavio Juninyonun zədəsi ciddi deyil.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, braziliyalı forvard sabah da müayinədən keçəcək. Ondan sonra duruma tam aydınlıq gələcək:
“Onun “Neftçi” ilə oyunda oynayıb-oynamayacağı tam bəlli deyil. Amma ümumilikdə ciddi zədəsi yoxdur”.
“Qarabağ” martın 3-də Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək.
Bundan 4 gün sonra isə Ağdam klubu Avropa Liqasının 1/8 finalında “Bayer”lə (Leverkuzen) qarşılaşacaq.

