"Qarabağ" ölkəyə, ölkə də "Qarabağ"a ilham verir"

2 Mart 2024 00:40 Qarabağ 477
"Qarabağ" ölkəyə, ölkə də "Qarabağ"a ilham verir"

"Qarabağ" haqqında çəkilmiş film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidir".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filmi haqqında danışarkən deyib.

Funksioner filmin möhtəşəm alındığını söyləyib:

"Belə əsərə görə emosiyalara qərq olmamaq mümkün deyil. Belə tarix və iradə harada var? Heç yerdə.

Bombalar altından Avropanın fəthinə. Qarabağ hekayəsi Vətənin hekayəsi ilə paraleldir. İtirilmiş torpaqlar, yeni yaradılmış ölkə və möhtəşəm zəfərlər. "Qarabağ" ölkəyə, ölkə də "Qarabağ"a ilham verir.

Hamısının başında cənab İlham Əliyev dayanıb. "Qarabağ"ın yaratdığı möcüzə bu filmdə də açıq-aydın göstərilib.

Bu film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidir. Möhtəşəm əsərdir.

Futbol tarixinə, film dünyasına hədiyyədir. Bu olmaya bilərdi.

Amma siz "Qarabağ"ın, Azərbaycanın yenilməz ruhunu əbədiləşdirdiniz. Artıq "Qarabağ"a gələcək yeni futbolçulara bu filmi göstərəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti