Tanınmış legioner övladını "Qarabağ"a əmanət etdi - FOTOLAR

4 Mart 2024 23:40 Qarabağ 11 355
Tanınmış legioner övladını "Qarabağ"a əmanət etdi - FOTOLAR

Yassin Benzia oğlunun gələcəyini "Qarabağ"a əmanet edib.

Belə ki, yarımmüdafiəçinin övladı Qarabağ"ın futbol akademiyasında məşqlərə başlayıb.

Enes Benzia 2017-ci ildə dünyaya gəlib.

O, Ağdam təmsilçisinin U-9 komandasına qəbul edilib.

Yassin Benzia 2023-cü ilin yanvarında təmsilçimizə transfer olunub.

Əlcəzair millisinin sabiq üzvü arxadan qalan müddətdə "Qarabağ" formasında keçirdiyi 43 görüşdə 12 qol, 10 asistlə yadda qalıb.

"Köhlən atlar"la 2025-ci ilin yayına kimi müqaviləsi olan "7 nömrə" daha əvvəl “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti