"Qarabağ" Belarusda beynəlxalq turnirə qatılacaq

2 Mart 2024 16:00 Qarabağ 548
"Qarabağ" Belarusda beynəlxalq turnirə qatılacaq

“Qarabağ”ın U-13 və U-14 komandaları Belarusda beynəlxalq turnirə qatılacaq.

Ağdam təmsilçisinin öncə 2011 təvəllüdlü uşaqları yola çıxacaq.

Onlar Martın 13-16 aralığında Minskdə olacaqlar.

Ardınca isə 2011-ci il təvəllüdlülər Belarusa yollanacaq.

U-14 komandası isə Martın 18-21-i aralığında Minskdə baş tutacaq turnirdə Belarus və Rusiyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

Qeyd edək ki, ötən ay “Qarabağ”ın U-15 komandası Belarusda keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə iştirak etmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti