Azərbaycanın başqa nərimanları hardadır?

5 Mart 2024 17:00 Qarabağ 3 246
Azərbaycanın başqa nərimanları hardadır?

Bu gün Azərbaycan Premyer Liqasında 19 yaşlı gəncə şans verən klub tapa bilməzsən.

Hətta limitə xatir.

Ön xətt oyunçusunun bu şansa yaxın düşməsi isə mümkünsüzdür.

Adətən limitə görə yerli lazım olanda belə müdafiəçilərin xidmətinə ehtiyac duyulur.

Amma Qurban Qurbanov 19 yaşlı Nəriman Axundzadəyə güvənir.

Həm də ön xətt oyunçusu olan Nərimana.

Özü də heç bir limitin, məcburiyyətin olmadığı Avropa arenasında.

Həm də "Braqa" ilə ən əhəmiyyətli qarşılaşmada etdiyi səhvə, buraxdığı yalnışa rəğmən.

Halbuki Premyer Liqa klubları bunu daha çox etməli, yerliləri üzə çıxarmalıdır. Ki, "Qarabağ" da onlardan faydalansın.

Axundzadə heç bir azərbaycanlı balasında olmayan istedada sahibdirmi? Əsla.

Bu gün əksəriyyət onun oynadılmasına ağız da büzür.

Amma Qurbanov ona güvənir, doğmalıq göstərir. Tənqiddən qorxmur. Əksinə, özünü önə verir, futbolçusunu müdafiə edir.

Ən pis anında da sınmasına izn vermir.

Arxasında yox, önündə olduğunu göstərir.

Bu ölkədə bir azərbaycanlı futbolçuya ən çox lazım olan şeyi - GÜVƏNİ ona verir.

Bu da ədalətli yanaşmanın ədalətli nəticəsi!

Həmin Nəriman da meydana çıxıb Azərbaycan futbol tarixinin ən böyük uğurunu gətirən qolun müəllifi olur.

Hə, buna bir də "bu ölkədə futbolçu yoxdu, çıxmır" - deyib də legioner dalınca qaçanlara vurulan sillə də deyə bilərik.

Bəlkə, gedib ölkənin digər nərimanlarını da tapmış olarlar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti