Mutunun “Neftçi”yə gətirdiyi legioner Bojoviçdən danışdı: “Bir az...”

2 Fevral 2024 21:20 Qarabağ 1 173
Mutunun “Neftçi”yə gətirdiyi legioner Bojoviçdən danışdı: “Bir az...”

“Fiziki baxımdan artırdığımızı düşünürəm.

Özünüz də görürsüz ki, meydanın hər yerində dayanmadan pressinq edirik”.

“Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaş Sportinfo.az-a açıqlamasında Miodraq Bojoviçin gəlişindən sonra komandadakı yüksəliş barədə danışıb.

“Ağ-qaralar” monteneqrolu mütəxəssisin rəhbərliyi altında Antalya toplanışındakı hər iki oyunda məğlub olsa da, çempionatın ikinci yarısına yaxşı başlayıb.

“Sabah”la qolsuz bərabərliyin ardınca “Qəbələ”ni məğlub edən bakılılar aktivinə yazdırdığı 4 xalla qısa müddətdə ikinci pilləyə yüksəlməyi bacardı. Lakin oyun planında çatışmazlıqlar kifayət qədərdir.

Tamaş Bojoviçin dönəmində baş verən dəyişikliklər barədə bunları deyib:

“Meydanda hamı bir-biri üçün döyüşür, canını qoyur. Artıq paltardəyişmə otağında da xoş əhval-ruhiyyə var.

Arxayınlaşmamalı, bu atmosferi saxlamaqla yolumuza davam etməliyik. Bojoviçin təcrübəsi iş prosesində aşkar görünür.

Fərqli futbol mentaliteti var və işini hadisələrin mövcud durumuna uyğun qurur. Məncə, baş məşqçiyə və bizə bir az zaman lazımdır”.

Rusiyada zəngin təcrübəyə sahib olan monteneqrolu çalışdırıcı vaxtilə “Amkar”, “Rostov”, “Krılya Sovetov”, “Arsenal” (Tula), Moskva təmsilçiləri – “Dinamo” və “Lokomotiv”, “Moskva” kimi komandaların baş məşqçisi olub.

30 yaşlı Tamaş yayda məhz Adrian Mutunun istəyi ilə Rumıniyanın “Sepsi” klubundan “Neftçi”yə cəlb olunub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti