"Kimlərdəsə belə təəssürat yarana bilər, amma bu şeylər "Qarabağ"a aid deyil"

2 Fevral 2024 14:00 Qarabağ 729
"Kimlərdəsə belə təəssürat yarana bilər, amma bu şeylər "Qarabağ"a aid deyil"

“Bəli, çempion olmaq yolunda böyük üstünlüyümüz var“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın yarımmüdafiəçisi Leandro Andrade deyib.

Premyer Liqada 20 tur arxada qalıb. Ağdam klubu 47 xalla turnir cədvəlinin vahid lideridir.

Kobe Verdedən olan legioner ən yaxın izləyiciləri “Neftçi“ ilə aradakı 15 xallıq fərqin onların motivasiyasına mənfi təsir etmədiyini bildirib:

“Bəlkə də kənardan baxanda kimlərdəsə bizdə arxayınçılıq olması barədə təəssürat yarana bilər. Amma bu şeylər bizim komandaya aid deyil.

Belə düşüncəni yaxına burxamaq istəmirik. Hər bir oyun futbolçuların özünü göstərməsi üçün yeni çağırış, yeni fürsətdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti