"Qurban Qurbanov bu yerlərə çalışqanlığı hesabına gəlib çatıb ".
Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Qarabağ"ın baş məşqçisinin Almaniyaya son səfərinə münasibət bildirib.
Tanınmış teleşərhçi Leverkuzen şəhərində "Bayer"li həmkarı Xavi Alonso ilə görüşən azərbaycanlı mütəxəssisin daim yeniliklərlə maraqlandığını deyib.
Qeyd edib ki, Qurbanov məşqçilik həyatına atılandan bəri daim axtarışdadır və öyrənməyə həvəslidir.
Onun indiyə qədər "Borusiyya" (Dortmund), "Qalaiasaray", "Barselona" kimi Avropanın tanınmış klublarının düşərgəsində olmasını xatırladıb.
Abbasov söyləyib ki, Qurbanov ən unudulmaz görüşünü Yurgen Klopla keçirib. "Qarabağ"ın çalışdırıcısı almaniyalı məşqçi ilə 4 saat söhbət edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

