"Qarabağ"ın yeni transferi Aleksey İsayev Azərbaycan kubokunun 1/4 finalında sabiq komandası "Sabah"a qarşı matçın iştirak ərizəsində yer almayıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçinin meydana çıxmaması zədə ilə bağlı deyil.
Bu barədə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında danışıb:
"Aramızda centlmensayağı anlaşma olmuşdu ki, kubok oyunlarında Aleksey "Sabah"a qarşı oynamasın. Biz də danışığımıza əməl etdik".
Aleksey İsayev 2020-ci ildən "Sabah"da çıxış edirdi. O, yanvarın əvvəlində "Qarabağ"la 3.5 illik müqavilə imzalayıb.

