"Qarabağ" Medina üçün kənardan necə görsənir?

31 Yanvar 2024 19:40 Qarabağ 899
"Qarabağ" Medina üçün kənardan necə görsənir?

"Qarabağ"ın müdafiə xəttinin dirəyi hesab olunan Kevin Medinanın sıradan çıxmasından iki aydan artıq vaxt keçir.

Ağdam təmsilçisi arxada qalan müddətdə kolumbiyalısız 9 matç keçirib.

Həmin görüşlərdən biri avrokuboklara, ikisi Ölkə Kubokuna, digər yeddi görüş isə Premyer Liqa matçlarına təəsadüf edir.

Bu qarşılaşmaların hamısında "köhlən atlar" qələbəyə sevinən tərəf olub.

Rəqib qapılarından 26 qol keçirən komanda öz qapısında 6 top görüb.

Kifayət qədər əla göstəricidir.

Deməli, müdafiəçilər Medinasız da müdafiənin qeydinə qala biliblər.

Görəsən, bəs kənardan necə görünür?

Hər halda, bunu Kevindən daha yaxşı bilən olmaz.

Biz də ilə onunla söhbətləşdik.

30 yaşlı legioner Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı bunları deydi:

"Təbii ki, oyunlarımızın hamısını diqqətlə izləyirdim. Komanda yoldaşlarım hər oyun çalışırlar ki, baş məşqçinin istəklərini yerinə yetirsinlər.

Daha balanslı, güvənli olmaq üçün mübarizə apardıqları görünür.

Paralar olaraq formalarını daha da yaxşılaşdırmaq istəyirlər.

İstənilən halda hər oyunda çatışmazlıq gözə dəyir. Futbol elə bir oyundur ki, hər oyun səhvlər tapmaq olar. Bunsuz mümkün deyil".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti