"Qarabağ"ın legionerinin komandası 1/4 finala vəsiqə qazandı

31 Yanvar 2024 02:40 Qarabağ 596
"Qarabağ"ın legionerinin komandası 1/4 finala vəsiqə qazandı

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində bir sıra qarşılaşmalar baş tutub.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi bu mərhələdə Mavritaniya yığması ilə qarşılaşıb.

Görüş Andradenin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun üzvü oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qələbə Kabo-Verdeni 1/4 finala çıxarıb və onların rəqibi Mərakeş - CAR cütünün qalibi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti