Bilindiyi kimi, “Qarabağ” rəsmi himnini təqdim edib.
2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.
Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.
Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.
“Sportinfo TV“nin apırıcı-eksperti Elçin Cəfərov himnlə bağlı sosial şəbəkələrdə verilən rəylərə münasibət bildirib.
Tanınmış jurnalist himnin musiqisinin möhtəşəm olduğunu deyib. O, bununla belə, yazılan sözlərin kluba uyğun gəlmədiyini söyləyib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

