“Qarabağ”ın zədəli legioneri Yassin Benzianın durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XX turunda “Kəpəz”lə qarşılaşmada sıradan çıxan 29 yaşlı fransalı yarımmüdafiəçi məşqlərə qatılmır.
Benzianın sabah 30-da Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah”la ilk matçını da buraxacağı dəqiqdir
. Buna səbəb onun başından aldığı zədə səbəbindən gözünə tikiş qoyulması və şişkinliyin olmasıdır.
“Kəpəz”lə qarşılaşmada zədələnən Benzia 84-cü dəqiqədə yarımçıq tərk edib. Başından zədələnən futbolçuya həkimlər tərəfindən tikiş qoyublar.

