Uzun müddət sonra "Qarabağ"a döndü: “DARIXMIŞDIM”

29 Yanvar 2024 19:40 Qarabağ 7 607
Uzun müddət sonra "Qarabağ"a döndü: “DARIXMIŞDIM”

"Qarabağ" Premyer Liqanın 20-ci turunu da qələbə ilə başa vurdu.

Lider "Kəpəz" önündə hesabda geri düşsə də sonradan iki qol vuraraq qələbə qazanmağı bacardı - 2:1.

Qəbələ şəhər stadionunda keçirilən gərgin qarşılaşmanı izləyənlər arasında qonaqların uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçisi Kevin Median da yer almışdı.

Kolumbiyalı legioner Sportinfo.az-a açıqlamasında öz durumu barədə danışıb:

"Özümü yaxşı hiss edirəm. Müalicəmi davam etdirirəm.

Gündən-günə yaxşı oluram. Demək olar ki, ağrım yoxdur".

Medina zədəli halda səfər görüşünə yollanması barədə isə bunları deyib:

"Uzun müddət idi komandadan uzaqda idim. Klubdakı ab-hava üçün darıxmışdım.

Komanda yoldaşlarımla yenidən birgə olduğum üçün xoşbəxtəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti