“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Sportinfo.az-a açıqlama verib.
Kabo-Verdedən olan legioner Premyer Liqanın 20-ci turunun “Kəpəz”lə səfər matçı (2:1) haqqında danışıb:
"Kəpəz"i layiqli mübarizəyə görə təbrik edirəm. Oyun ərzində çətinliklər yaşamağımıza məcbur etdilər.
Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalı olduq. Sona qədər qələbəyə inandıq və məqsədimizə çatdıq”.
Əksəriyyət qarşılaşmadan əvvəl liderin asan qələbə qazanacağını ehtimal edirdi. Olmaya məhz bu cür fikirlərdən irəli gələn arxayınçılıq sonda belə gedişata yol açıb?
Andradeni dinləyək:
“Arxayınlıqdan heç vaxt söhbət gedə bilməz. Çünki baş məşqçimiz maksimum çalışır ki, bizdə rahatlıq olmasın.
Rəqibin heyətində keyfiyyətli futbolçular vardı. Bura peşəkar çempionatdır. Məncə, bu cür vəziyyətlərin yaranması normaldır”.
XANOĞLAN

