Braziliya millisinin sabiq oyunçusu Duqlas Kostanın yeni klubu məlum olub.
Sportinfo.az xəbər verir ki, adı "Qarabağ"la yanaşı hallanan 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
O, "Fluminense"yə keçib.
Kosta Türkiydə "Samsunspor" ilə danışıq aparırdı. Ancaq son anda tərəflər arasında razılıq əldə olunmayıb.
Son olaraq "Los-Anceles Qalaksi"də çıxış edən Duqlas Kosta "Şaxtyor", "Bavariya" və "Yuventus"da da oynayıb.

