"Qarabağ"ın legioneri Leandro Andrade klubuna görə ölkəsinin millisinə getməməyə qərar verib.
Bildiyimiz kimi Kabo-Verde yığması hazırda Afrika Millətlər Liqasında çıxış edir.
Amma baş məşqçi Bubista "Qarabağ"ın digər yarımmüdafiəçisi Patrik Andradedən fərqli olaraq Leandronu turnirə aparmayıb.
Son zamanlar milli komandaya davamlı dəvət alan 24 yaşlı orta sahə oyunçusunun böyük yarışdan kənarda qalması təəccüblə qarşılanmışdı.
Lakin bunun səbəbi heç də 54 yaşlı çalışdırıcının seçimi deyilmiş.
Nə qədər qəribə səslənsə də Leandro özü ondan xahiş edib ki, bu dəfə milli komandaya dəvət olunmasın.
O, qərarını hazırkı məqamda bütün fikirlərini klubundakı çıxışına yönəltmək fikrində olması ilə əsaslandırıb.
Baş məşqçi onun seçiminə hörmətlə yanaşaraq Fil Dişi Sahilində keçirilən turnirə apardığı heyətdə Leandroya yer ayırmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

