Premyer Liqanın 20-ci turunun "Kəpəz"lə səfər oyununda "Qarabağ" ciddi itki ilə üzləşib.
Komandanın yarımmüdafiəçisi Yassin Benziya Ağdam təmsilçisinin 84-cü dəqiqədə vurduğu bərabərlik qolu zamanı başından xəsarət alıb.
10 dəqiqə əvvəl əvəzetmədən meydana daxil futbolçunun başına sarğı qoyulub.
Özünü yaxşı hiss etməyən "7 nömrə" həkimin nəzərəti altında birbaşa paltardəyişmə otağına yollanıb.
Buna kimi qonaqlar bütün əvəzetmələrdən istifadə etdiyi üçün son dəqiqəni "köhlən atlar" bir nəfər azlıqda oynamalı olub.
Hazırda son dəqiqələri gedən oyunda hesab bərabərdi - 1:1.
XANOĞLAN / SPORTİNFO.AZ

