Qurban Qurbanov Xabi Alonso ilə bir arada - FOTOLAR

25 Yanvar 2024 00:30 Qarabağ 590
Qurban Qurbanov Xabi Alonso ilə bir arada - FOTOLAR

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanıb.

Sportinfo.az klubun mətbuat xdimətinə istinadən xəbər verir ki, Qurbanov Bundesliqanın lideri “Bayer”in düşərgəsində səfərdədir.

O, Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib. Qurban Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonso ilə də görüşüb.

Səfərin məqsədi Xabi Alonsonun məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

"Bayer" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub. Həm "Bayer", həm də "Qarabağ" qrupdan çıxaraq pley-offa yüksəlib.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti