"Qarabağ": "Təkcə ona deyil, bir neçə futbolçumuza xarici klublardan maraq var"

12 Yanvar 2024 13:00 Qarabağ 1 099
"Qarabağ": "Təkcə ona deyil, bir neçə futbolçumuza xarici klublardan maraq var"

"Qarabağ"ın legioneri Leandro Andrade Çin klubuna keçə bilər.

Bu barədə Portuqaliyanın "Record" qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, "Şanxay Şenxua" 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır. Hətta Çin təmsilçisinin artıq transferlə bağlı danışıqlara başladığı iddia olunur.

Ancaq görüşmələrin istənilən kimi getmədiyi vurğulanıb. Çünki "Qarabağ" oyunçunun komandadan ayrılmasını çətinləşdirir.

Kabo-Verde yığmasının üzvü 2022-ci ilin yanvarında "Çerno More"dən (Bolqarıstan) "Qarabağ"a keçib.

Çin klubu Leandro Andradeni transfer etmək istəyir

"Transfermarkt"ın 1,2 milyon avro qiymət qoyduğu orta sahə oyunçu cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxaraq 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Şanxay Şenxua" Çin Super Liqasında mübarizə aparır. Komanda son mövsümdə 5-ci pilləni tutub.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bu xəbərlə bağlı Sportinfo.az-a deyib:

"Təkcə Leandro Andradeyə deyil, bir neçə futbolçumuza xarici klublardan maraq var. Bunu normal qarşılıyırıq.

Komanda daim avrokubokların qrup mərhələsində çıxış edirsə, futbolçuların diqqət mərkəzinə düşməsində təəccüblü heç nə yoxdur.

Konkret Leandroya gəlincə, ona görə hələ rəsmi təklif gəlməyib, ortada konkret heç nə yoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti