“Qarabağ”ın oyununda qollar yağış kimi yağdı

12 Yanvar 2024 00:30 Qarabağ 614
“Qarabağ”ın oyununda qollar yağış kimi yağdı

“Qarabağ” mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, yanvarın 5-də qış toplanışına start verən komanda ilk yoxlama oyununu keçirib.

Rəqib “Qarabağ-2” olub. Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub.

7:2 hesablı qələbə qazanan “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər.

Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar. Əvəzedicilərin qollarına Musa Musazadə və Nurlan Şabanov imza atıblar.

"Qarabağ” yanvarın 15-də “Zirə” ilə də yoxlama oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti