Dünyanın tanınmış futbol adamları Antalyada bir araya gəlib.
Səbəb yanvarın 10-dan 13-nə qədər Bələkdə yerləşən “Granada Luxury” otelində “Winter League” konvensiyasının keçirilməsidir.
Müxtəlif ölkələrdən dəvət alan 50 mühazirəçinin arasında azərbaycanlı məşqçi də var.
Bu, təşkilatçıların öz aralarında görmək istədiyi Aftandil Hacıyevdir. UEFA-dan AFFA-ya göndərilən məktubda “Qarabağ”ın futbol akademiyasının direktorunun iştirakının vacibliyi qeyd olunub.
Hacıyev bu niyyətlə Antalyaya yollanıb.
Maraq üçün bildirək ki, mühazirəçilərin arasında Stanislav Çerçesov, Ərsun Yanal, Hikmət Karaman kimi məşhur simalar da var.
HƏBİB / SPORTİNFO.AZ

