"Qarabağ"ın legioneri Patrik Andradenin durumu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, hazırda Kabo-Verde millisinin düşərgəsində olan 30 yaşlı oyunçu belində ağrılar hiss edir.
Kabo-Verde mediası yazıb ki, yarımmüdafiəçi həkim nəzarətindədir və durumu qənaətbəxşdir.
Andrade hazırda milliylə Tunisdədir. Bu gün hər iki ölkə millisi arasında yoxlama oyunu keçiriləcək.
Bu matç Afrika Millətlər Kubokuna hazırlıq məqsədi daşıyır.
Kabo-Verde millisi həmin yarışda Misir, Qana və Mozambiklə eyni qrupda yer alıb. Onlar ilk matçını yanvarın 15-də Qana yığmasına qarşı keçirəcək.

