“Qarabağ”ın legioneri Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.
Sportinfo.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.
Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl ikinci məşqi buraxıb.
Kabo-Verde bu gün Tunislə yoldaşlıq oyunu keçirəcək. Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana olacaq.

