Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qolkiperi Andrey Lunyov haqda növbəti dəfə danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis “РИА”ya müsahibəsində 32 yaşlı qapıçını tərifləyib:
"Ölkə xaricində çıxış edən daha çox hansı qapıçımızı yaxından izləyirik? Mən bütün qapıçılarımızı diqqətdə saxlayıram.
Andrey Lunyov Avropa Liqasının qrupunda 2-ci yeri tutaraq pley-offa yüksələn "Qarabağ"da əla oynayır. O, qısa müddət ərzində azarkeşlərin sevimlisinə çevrildi”.
Andrey Lunyov mövsümün əvvəlində Ağdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

