2021-ci ilin yayında “Kadis”dən (İspaniya) Qaspar Panadero “Qarabağ”la vidalaşıb.
26 yaşlı legioner bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
O, klub rəhbərliyinə və azarkeşlərə təşəkkürünü bildirib. Müqaviləsinə xitam verilən hücumameyilli oyunçu az şans qazandığını deyib:
“Müxtəlif şərtlərlə əlaqədar performans baxımından mənim üçün ən yaxşı dövr deyildi, çətin dönəmlər idi. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin bura uyğunlaşmaqda çətinlik çəkdim.
Buna baxmayaraq, çalışqanlığım maksimum həddə idi. Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir.
Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.
Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb. İspaniyalının müqaviləsi bu ilin iyununda btəcəkdi.
”Köhlən atlılar” ümidləri doğrultmayan prineyli ilə elə-belə sağollaşmayıb.
Bunun üçün ona ötən 6 ayın əməkhaqqısı ödənilib. Əvəzində Qaspar qarşıdakı yarım ilin pulundan imtina edib.
SPORTİNFO.AZ

