Özünü "Qarabağ"da tapdı və iddia etdi: "Mənə dedilər ki…"

8 Yanvar 2024 14:20 Qarabağ 1 406
Özünü "Qarabağ"da tapdı və iddia etdi: "Mənə dedilər ki…"

"Oyun keyfiyyətinə görə müqayisə etmək çətindir, yalnız onu deyə bilərəm ki, Rusiyada “Qarabağ” liderlərdən biri olacaq və yüksək yerlər uğrunda mübarizə aparacaqdı".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın qapıçısı Andrey Lunyova aiddir.

Ötən ilin sentybrında Azərbaycana gələn "Bayer"in sabiq kiperi "Qarabağ"ın Rusiya çempionatında necə çıxış edə biləcəyi ilə bağlı düşüncələrini bölüşüb.

Onun qənaətincə, “köhlən atlar” yüksək yerlərə iddialı ola bilər:

"Komandaya qoşulanda mənə dedilər ki, əsl futbol avrokuboklarda başlayır. Buradakı atmosfer məni müsbət mənada təəccübləndirdi.

Liqada bütün komandalar müasir futbol oynamağa, təzyiqdən çıxmağa, təzyiq yaratmağa çalışırlar. İndi hər şey dəyişir, çempionatın səviyyəsi yüksəlir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti