Onu "Qarabağ"da “sillə-təpik”lə qarşıladılar - Həmin anlar BU VİDEOda

8 Yanvar 2024 22:20 Qarabağ 5 373
Onu "Qarabağ"da “sillə-təpik”lə qarşıladılar - Həmin anlar BU VİDEOda

"Qarabağ" qış fasiləsindəki hazırlığına 5 yanvar tarixində start verdi.

Bakıda bir araya gələn kollektivə zədəli futbolçulardan əlavə Julio Romao da qoşula bilməmişdi.

Xəbər verdiyimiz kimi, bunun səbəbi braziliyalı legionerin övladının dünyaya gəlməsi idi.

Baş məşqçi Qurban Qurbanov futbolçusunun xoş günlərində ona əlavə istirahət vermişdi.

Nəhayət, dünən yarımmüdafiəçi özünü düşərgəyə çatdırıb.

Komanda yoldaşları "6 nömrə"nin qayıdışını sillə, təpiklə qarşılayıb.

Belə ki, Romao futbolçuların yaratdığı dəhlizdən keçməli olub.

Və bu əsnada yoldaşlarının ona endirdiyi zərbələrə dözməli olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Maraqlı anlara səhnə olan həmin görüntüləri aşağıdakı linkdə izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti