“Onlar həm Almaniya kubokunda, həm də Avropa Liqasında şans verdikləri ikinci qapıçı götürdülər.
Bəlkə mənim də belə bir imkanım olardı “.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.
32 yaşlı rusiyalı indi “Bayer”də oynasaydı oyun şansı qazana bilməsinin mümkünlüyü barədə danışıb:
“Başqa bir məqam isə odur ki, “Bayer”dəki iki ildə sırf müalicə və sağalmağa görə bir ildən çox vaxt itirdim. Bu, xoşagəlməz məqamdır”.
Lunyov 2021-2023-cü illərdə “Bayer”in oyunçusu olub. Bu müddət ərzində o, üç rəsmi oyun keçirib. 2023-cü ilin yayında isə qapıçı “Qarabağ”a transfer olunub.

