“Qarabağ”ın aparıcı futbolçularından olan Julio Romaonun həyatında əlamətdar hadisə yaşanıb.
Yeni ilin ilk günlərində braziliyalı yarımmüdafiəçinin övladı dünyaya gəlib.
O, bu məqsədlə Qurban Qurbanova zəng edərək icazə istəyib. Ki, toplanışa yanvarın 5-də başlayan kollektivə bir neçə gün gec qoşulacaq. Qurbanov Romaonun xahişini yerə salmayıb.
“Qarabağ” qış fasiləsində “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Oyun yanvarın 15-də baş tutacaq.
“Köhlən atlar” qış fasiləsindən sonra ilk oyunda “Araz-Naxçıvan”la qarşılacaq. 19-cu turun matçları 21-23 tarixləri aralığında keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

