«Qarabağ» beynəlxalq turnirdə iştirak edəcək.
Ağdam təmsilçisinin 14 və 15 yaşlılardan ibarət komandaları Belarusdan gələni dəvəti müsbət dəyərləndirib.
«Bizim gələcəyimiz» adlanan yarış fevral-mart aylarında paytaxt Minskdə keçiriləcək.
Burada yerlilərlə yanaşı, Rusiya klubları da mübarizə aparacaq. Turnir iştirakçıları hərəsində 8-i olmaqla, iki yarımqrupda qüvvəsini sınayacaq.
SPORTİNFO.AZ

