"Qarabağ"ın yeni transferi Aleksey İsayevin Ağdam təmsilçisindəki forma nömrəsi müəyyənləşib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 24 nömrəli forma ilə çıxış edəcək.
"Qarabağ" dünən "Sabah"dan A.İsayevi heyətinə qatıb. Azərbaycan millisinin üzvü ilə 3,5 illik müqavilə imzalanıb.

