Yeni transfer "Qarabağ"da necə qarşılandı? - Qarışıq fikirlər var...

7 Yanvar 2024 17:45 Qarabağ 1 928
Yeni transfer "Qarabağ"da necə qarşılandı? - Qarışıq fikirlər var...

Qış fasiləsinin bu günə olan "transfer bombası"nı Aleksey İsayev hesab edə bilərik.

"Sabah" "10 nömrə"si mövsümün ikinci yarısından "Qarabağ"ın uğurları üçün tər axıdacaq.

Rusiya doğumlu futbolçunun yaxşı bacarıqları ilə bərabər, həm də yerli statusunda olmasını "atlılar" üçün göydəndüşmə hesab etmək olar.

Amma azarkeşlər hamılıqla heç də bu fikirdə deyil.

Kimisi hələ də yeni hücumçu harayındadı, kimisi də yarımmüdafiəçi bolluğunda İsayevin artıq olması qənaətindədir.

Təbii ki, 28 yaşlı milli üzvünün keçidinə sevinənlər az deyil.

Klubun sosial şəbəkə hesabına gələn çox saylı və muxtəlif məzmunlu rəylərin bəzilərin sizə təqdim edirik:

"Xeyirli olsun, amma formada deyil".

"Xoş Gəldin, Aleksey İsayev.

"Qarabağ"ımıza faydası, məncə dəyəcək. Son zamanlar, yerli oyunçu qıtlığı yaşanır "Qarabağ"da. Yerli oyunçuların, gəlməsi sevindiricidir".

"Bəs hücumçu nə vaxt alınacaq?".

"Əla transferdir. Üslubu "Qarabağ"a uyğundur".

"Bu qədər yarımmüdafiəçi vardı, biri də gəldi. Nəyə lazımdı?".

"Əla transferdir".

"Braqa" ilə oyuna hazırlaşan komanda yerli komandalardan niyə transfer etsin? Gedin Avropadan sanballı legionerlər gətirin".

"Aleksey çox istedadlı oyunçudur".

"Fiziki cəhətdən zəifdir. "Partizan"la səfər oyununda bunu asanlıqla görmək mümkün idi".

"Əla seçimdir".

"Daxili oyunlarda köməyi dəyəcək, amma avrokuboklarda çətin nəsə edə bilsin".

"Qarabağ" azarkeşi olaraq bu keçidə sevindim. Amma digər tərəfdən də "Sabah"ın zəifləməsini də istəməzdim".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti