Qurban Qurbanovun sosial şəbəkədə paylaşılan şəkli gündəm olub.
Əksəriyyət fotoda yer alanlardan birini – Musa Qurbanovu tanısa da, digərləri üzdə olmadığı üçün onlar o qədər də tanınmır.
Onların qardaş olduğunu iddia edənlər də var, qohum olduqlarını yazanlar da.
Deməli, Qurban bəyin sağındakı Marif Qurbanovdur. Dörd qardaşın ikincisi.
Musa bəyin solundakı isə qardaşların ən böyüyüdür – Qalib Qurbanov.
Fotoya solan sağa baxanda sıralama belədir: Marif Qurbanov, Qurban Qurbanov, Musa Qurbanov və Qalib Qurbanov.
HƏBİB / SPORTİNFO.AZ

