“Qarabağ” bu gündən qış təlim-məşq toplanışına start verib.
Lakin tam tərkibdə yox.
Yerli futbolçular ilk gündən Qurban Qurbanovun sərəncamında olsa da, legionerlər yanvarın 7-nə qədər düşərgədə olacaq.
Əməliyyat olunan Kevin Medina Bakıya yanvarın 15-də gələcək. Kolumbiyalı futbolçu ilk dönəmdə həkim müayinəsində olacaq və bərpa dövrü keçəcək.
Kabo-Verde millisinin sıralarında olan Patrik Andrade də kollektivə digərləri ilə müqayisədə gec qoşulacaq.
Romao isə şəxsi məsələyə görə icazəlidir.
“Qarabağ” qış fasiləsində “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Oyun yanvarın 15-də baş tutacaq.
“Köhlən atlar” qış fasiləsindən sonra ilk oyunda “Araz-Naxçıvan”la qarşılacaq. 19-cu turun matçları 21-23 tarixləri aralığında keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

