Aleksey İsayev "Qarabağ"da ilk seçimini etdi

5 Yanvar 2024 00:30 Qarabağ 3 882
Aleksey İsayev "Qarabağ"da ilk seçimini etdi

“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirdi.

Ağdam təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevi heyətinə qatdı.

Klub yeni transferlə 3.5 illik müqavilə imzalandığını ictimaiyyətə açıqlayıb.

Amma "Atlılar" "Sabah"ın sabiq "10 nömrəsi"nin yeni klubunda hansı nömrə ilə çıxış edəcəyini təqdimatda göstərməyib.

Bu, heç də İsayevin hələ də nömrə seçimi etməməsi anlamına gəlməsin.

Çünki əldə etdiyimiz məlumata görə, millimizin üzvü "Qarabağ"da ilk seçimini edib.

O, "24 nömrə"li forma altında çıxış edəcək.

Əslində futbolçunun ürəyindən burada da "10 nömrə" ilə oynamaq keçib, amma həmin nömrənin komandanın liderlərindən biri olan Abdullah Zubirə məxsus olması İsayevi bu barədə yalnız düşünməklə keçinməyə vadar edib.

Aleksey İsayev 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti