Millimizin yarımmüdafiəçisi Aleksey İsayevin «Qarabağ»da bağladıı müqavilənin detalları məlum olub.
O, Ağdam klubunda keçirəcəyi ilk ildə 250 min dollar qazanacaq.
Növbəti mövsümlərdə isə bu rəqəm 300-350 min dollara yüksələcək.
Yeni komandasında titul əldə edərsə, həmçinin avrokuboklarda uğurlu nəticələrə imza atılarsa, bank hesabına əlavə bonuslar köçürüləcək.
«Sabah» bu əməliyyat qarşılığında tarixinin ən böyük qazancını əldə edib.
«Qarabağ» əvvəlcə onlara 400 min dollar təzminat təklif eləsə də, tərəflər 80-100 min dollar əlavə ödəmə şərtiylə sonda əl sıxışıblar.
Axır üç mövsümü Masazır klubunda keçirmiş pleymeker «köhlən atlılar»la 3,5 illik müqavilə imzalayacaq.
Murad Musayev danışıqlar başlayan ərəfədə bu izdivaca qarşı çıxıb. «Bayquşlar»ın baş məşqçisi İsayevin komandanın bütün yükünü çəkdiyini, onun taktiki planlarında mühüm yer tutduğunu çatdırıb.
Fəqət, səbəbkarın özü rusiyalı mütəxəssislə söhbətində artıq özünü daha iddialı klubda sınamaq istədiyini bildirib və israr edib.
Orta sahə oyunçusunun dirənişi və sabahını «Sabah»da görməməsi Musayevi yumşaldıb və vəziyyətlə barışdırıb.
SPORTİNFO.AZ

