Portuqaliya mətbuatı bu ölkənin təmsilçilərinin avrokuboklardakı rəqibləri barədə yazıb.
Sportinfo.az xəbər verir ki, “O Jogo” Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşılaşacaq “Qarabağ” haqda da oxucularını məlumatlandırıb.
Həmkarlarımız Azərbaycan çempionun heyətində forma geyinən əksər legionerlərin əvvəllər Portuqaliyada oynamasına diqqət çəkib:
Portuqaliya toxunuşu ilə Azərbaycan klubunda inkişaf
"Qarabağ” ilk dəfə avrokuboklarda qrupdan növbəti mərhələyə çıxmağı bacarıb. "Braqa" bu komanda ilə oyuna görə 6 min kilometr səyahət etməlidir.
"Qarabağ" Bakıda məskunlaşıb. Onlar son 10 ildə 9 dəfə çempionluq yaşayıb, daxili liqada hegemonluq edir.
Komandaya 2008-ci ildən Azərbaycan futbolunun ulduzu Qurban Qurbanov rəhbərlik edir. Həmin vaxtdan "Qarabağ" yerli və xarici istedadlılara qapı açıb.
Leandro Andradeni buna misal çəkmək olar. Tavirada dünyaya gəlmiş futbolçu Kabe-Verde millisinin heyətində çıxış edir.
Patrik Andrade və Juninyo da Portuqaliyada oynayıb. “Qarabağ” avrokuboklarda Portuqaliya klubları ilə bir dəfə qarşılaşıb.
O da 2018/2019 mövsümündə “Sportinq”lə. “Joze Alvalade”dəki görüş 2:0 yekunlaşmışdı, Bakıda isə “Sportinq” “Qarabağ”a 6:1 qalib gəlib".
Sonda isə “O Joqo” “Qarabağ”ın prezidenti Tahir Gözəlin açıqlamasına da yer verib: “Braqa” Avropa yarışlarındakı müntəzəmliyi ilə seçilir”.

