"Bayer”in, oradakı futbolçuların uğuruna sevinirəm.
Orada həkimlər və məşqçilər heyəti də daxil olmaqla bir çox insanı tanıyıram.
Demək olar ki, eyni adamlar orada qalıb”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov sabiq komandası “Bayer” barədə danışarkən “RB-Sport”a bildirib.
O, bu komandadan getməklə bağlı “məyusluğu varmı” barədə suala cavabında deyib:
“Bu suala “bəli”dən çox, “yox” cavabı verərdim. Elə bir dövr oldu ki, gözləntilərim, ümidlərim doğrulmadı, arzularım reallaşmadı.
Eybi yox, indi başqa istiqamətdəyəm. Mənim həyatımda yeni səhifə açılıb. Əlimdə olandan maksimum yararlanmağa çalışıram”.

