«Kəpəz» Camal Cəfərovdan sonra daha bir yerli oyunçunu icarəyə götürüb.
Millinin yarımmüdafiəçisini «Sabah»dan sıralarına qatmış Gəncə təmsilçisi bu dəfə «Qarabağ»la anlaşma əldə edib.
«Köhlən atlılar» müdafiəçisi Nihad Quliyevin «sarı-göylər»in şərəfini qorumasına icazə verib.
Ötən mövsümü icarə əsasında "Şamaxı"da keçirmiş gənc qarşıdakı 6 ayda «Kəpəz»in formasını geynəcək.
SPORTİNFO.AZ

