"Qarabağ"ın 400 min dollarına razılaşmadılar, ən böyük qazancı əldə etdilər

3 Yanvar 2024 09:50 Qarabağ 21 058
"Qarabağ"ın 400 min dollarına razılaşmadılar, ən böyük qazancı əldə etdilər

Millimizin yarımmüdafiəçisi Aleksey İsayevin 2024-cü ilə «Qarabağ»da başlayacağı dəqiqləşib.

Dünən biz bu barədə oxucularımıza məlumat çatdırmışdıq.

İndi isə transferin detalları barədə bəzi bilgilər əlimizə çatıb. Redaksiyamıza məlum olub ki, «Sabah» bu əməliyyat qarşılığında tarixinin ən böyük qazancını əldə edib.

«Qarabağ» əvvəlcə onlara 400 min dollar təzminat təklif eləsə də, tərəflər 80-100 min dollar əlavə ödəmə şərtiylə sonda əl sıxışıblar.

Axır üç mövsümü Masazır klubunda keçirmiş pleymeker «köhlən atlılar»la 3,5 illik müqavilə imzalayacaq.

Murad Musayev danışıqlar başlayan ərəfədə bu izdivaca qarşı çıxıb. «Bayquşlar»ın baş məşqçisi İsayevin komandanın bütün yükünü çəkdiyini, onun taktiki planlarında mühüm yer tutduğunu çatdırıb.

Fəqət, səbəbkarın özü rusiyalı mütəxəssislə söhbətində artıq özünü daha iddialı klubda sınamaq istədiyini bildirib və israr edib.

Orta sahə oyunçusunun dirənişi və sabahını «Sabah»da görməməsi Musayevi yumşaldıb və vəziyyətlə barışdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti