“Qarabağ” qış fasiləsinin ilk transfer əməliyyatını demək olar başa çatdırıb.
Ağdam klubu Aleksey İsayevə görə xeyli müddətdir “Sabah”la apardığı danışıqları yekunlaşdırıb.
Tərəflər bu keçidin reallaşması yönündə ortaq məxrəcə gəliblər.

Masazır təmsilçisi onunla 2026-ci ilin yayınadək müqaviləsi olan yarımmüdafiəçini böyük məbləğ qarşılığında “köhlən atlılar”a satmağa razılaşıb.
Milinin də formasını geyinən pleymekerin transferinin yaxın günlərdə rəsmən ictimaiyyətə açıqlanması gözlənilir.
SPORTİNFO.AZ

