“Qarabağ”dan tanıdığımız subaylar Amsterdamda - FOTOLAR

2 Yanvar 2024 17:45 Qarabağ 1 679
“Qarabağ”dan tanıdığımız subaylar Amsterdamda - FOTOLAR

Çempionatdan yaranmış fasilədən hərə bir cür yararlanmağa çalışır.

Premyer Liqada top qovan futbolçular istirahət üçün müxtəlif ölkələri seçib. Evli olanlar ailə üzvləri ilə birlikdə dincəlir. Subaylar isə...

Bəy taxtına oturmaq üçün tələsməyən azərbaycanlı futbolçular Niderlandın paytaxtında bir araya gəlib.

“Qarabağ”ın yetirmələri – Musa Qurbanlı, Elvin Cəfərquliyev və Rauf Hüseynli tətil günlərini Amsterdamda keçirir.

Vaxtilə “köhlən atlar”ın şərəfini qoruyan, indi müxtəlif komandaların şərəfini qoruyan gənclər uzun illərdir davam edən dostluq münasibətini hələ də qorumaqdadır.

Odur ki, istirahət dönəmini də xoş əhval-ruhiyyədə birlikdə keçirməyi qərara alıblar.

Elvin ələ də “Qarabağ”ın formasını geyinsə də, Musa İsveç “Yurqorden”ində legioner həyatı yaşayır. Rauf isə “Qəbələ”də top qovur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti