“Qarabağ“lı legionerin sevincdən uçmağa qanadı yoxdur: “Xoşbəxt olmaya bilmərəm“

2 Yanvar 2024 22:40 Qarabağ 9 324
“Qarabağ“lı legionerin sevincdən uçmağa qanadı yoxdur: “Xoşbəxt olmaya bilmərəm“

“Xoşbəxt olmaya bilmərəm“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Qarabağ“ın yarımmüdafiəçisi Leandro Andradeyə məxsusdur.

Kabo-Verdedən olan legioner Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. 24 yaşlı afrikalı "Braqa"ya rəqib olduqları üçün sevindiyini vurğulayıb:

"Püşkdən öncə qeyd etmişdim ki, Portuqaliyadan olan rəqibin gəlməsini arzulayıram.

Bu, mənim üçün olduqca vacibdir. Mənim üçün böyüdüyüm ölkənin klubuna qarşı oynamaq prinsipial xarakter daşıyır.

Ailəm oradadır və məni izləyəcəklər. Bu baxımdan mənim üçün vacibdir”.

“Qarabağ” bu komanda ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti