"Qarabağ”la danışıqlar gedir, istənilən təklifə açığam""

2 Yanvar 2024 00:30 Qarabağ 2 528
"Qarabağ”la danışıqlar gedir, istənilən təklifə açığam""

“Qarabağ"ın qapıçısı Andrey Lunyov gələcək planlarından danışıb.

Sportinfo.az xəbər verir ki, o, “RB-Sport”a (Rusiya) müsahibəsində yaxşı təklif alacağı təqdirdə Rusiyaya qayıtmağa hazır olacağını etiraf edib.

Həmçinin oxuyun: “Qarabağ” Rusiya futbolunun liderlərindən olardı"

“Müqaviləniz mövsümün sonuna kimidir. Gələcək karyeranızla bağlı "Qarabağ”la söhbətimiz olubmu?” sualına 31 yaşlı qolkiper belə cavab verib:

“Danışıqlar gedir. Bununla məşğul olan insanlar var. Mənim işim isə meydanda nəticə verməkdir”.

Lunyov gələcəkdə Rusiya Premyer Liqasına qayıtmasının mümkünlüyü haqda suala isə belə cavab verib:

“Prinsipcə, istənilən təklifə açığam. Gələcək inkişaf və ailə üçün hansı variantın daha yaxşı olduğunu araşdırmaq lazımdır”.

Lunyov “Qarabağ”a 2023-cü ilin yayında transfer olunub. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti