«Hər həftə bərbad hakimlik davam edir».
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilmiş «Zirə» - «Qarabağ» matçının (0:1) idarəçiliyini kəskin tənqid edib.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində çıxış edən tanınmış teleşərhçi referi Cavid Cəlilovun biabırçı qərarlarla yadda qaldığını bildirib.
Deyib ki, baş hakim yanlış mövqeyi ilə ev sahblərini məğlubiyyətə sürükləyib.
Abbasov «fit sahibi»nin qonaq komandadan Julio Romao və Elvin Cəfərquliyevə qırmızı vərəqə verməli olduğunu, lakin hansısa səbəbdən onları bağışladığını söyləyib.
Ekspert xatırladıb ki, Elçin Məsiyevin vaxtilə «Zirə»yə etdiyi pislikləri bu gün Cavid Cəlilov təkrarlayır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

