“Ünsiyyət baxımından “Qarabağ” “Bayer 04”dən daha rahatdır”.
bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov “RB Sport” nəşrinə müsahibəsində deyib.
Rusiyalı legioner mövsümün əvvəlində keçdiyi “Qarabağ”a çox tez uyğunlaşdığını bildirib:
“Qarabağ”da uyğunlaşma dönəmim çoxdan geridə qalıb. Burada insanlar rus dilini bilirlər.
Bu məqam gündəlik həyatda işimi asanlaşdırır. İlk vaxtlar yerli sürücülük tərzinə uyğunlaşmaq çətin idi.
Misirdəki kimi insanlar daim siqnal verir, avtomobili istədikləri kimi sürürlər”.
Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

