"Şəxsən mənim getmək fikrim yoxdur" - Adı "Qarabağ"la hallanan müdafiəçi

31 Dekabr 2023 23:20 Qarabağ 2 968
"Şəxsən mənim getmək fikrim yoxdur" - Adı "Qarabağ"la hallanan müdafiəçi

Adı “Qarabağ”la hallanan APOEL-in müdafiəçisi Laşa Dvali bu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlıgürcü Kipr klubunun mətbuat xidmətinə açıqlama verib.

Mərkəz müdafiəçisi başqa klubla anlaşdığı barədə yayılan xəbərləri təkzib edib:

“Başqa klubla razılaşdığımla bağlı xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur. Düzdür, bəzi klublardan maraq var, amma mənim APOEL ilə müqaviləm davam edir.

Ona görə də maraqlanan klublar rəhbərliklə danışmalıdır. Şəxsən mənim getmək fikrim yoxdur. APOEL-ə və hədəflərimizə bağlıyam”.

Laşa Dvali 2022-ci ilin yayında “Ferentsvaroş”dan APOEL-ə keçib.

Gürcüstan millisinin üzvü bu mövsüm Nikosia təmsilçisinin heyətində keçirdiyi 15 rəsmi matçda 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti