Yuxusu “Qarabağ”da çin oldu: “Get-gedə arzularıma çatıram”

14 İyun 2023 21:00 Qarabağ 1 776
Yuxusu “Qarabağ”da çin oldu: “Get-gedə arzularıma çatıram”

“Get-gedə arzularıma çatıram və bu, mənə əlavə motivasiya verir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın legioneri Leandro Andrade deyib.

Kabo-Verdedən olan yarımmüdafiəçi hazırkı klubunda xoşbəxt olduğunu bildirib:

“Peşəkar futbolçu karyeramda ilk titulu ötən mövsüm “Qarabağ”da qazandım. Həm çempion olduq, həm də kuboku qazandıq.

Bu ilki çempionluq üçüncü titulum oldu. İlyarımda üç kuboka sahib olmaq az iş deyil”.

2022-ci ilin yanvarında “Qarabağ”la müqavilə bağlayan Leandro Andrade başa çatan mövsümdə bütün yarışlarda meydana çıxdığı 35 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!