“Neftçi”nin eşqdən doymayan futbolçusu: “Onun üzünü görəndə bütün dərdlər bitirdi”

24 Yanvar 21:20 Qarabağ 2 489
“Neftçi”nin eşqdən doymayan futbolçusu: “Onun üzünü görəndə bütün dərdlər bitirdi”

“Neftçi”nin perspektivli futbolçularından olan İsmayıl Zülfüqarlı həm də sosial şəbəkə fenomeni hesab olunur.

21 yaşlı yarımmüdafiəçi uzun illərdir tanıdığı, ötən il nişanlandığı Aytac adlı xanımla birgə şəkil və videolarını paylaşır, dəyərli kəlamlardan istifadə edir.

Bu yaşda futbolçunun sevgi “dəlisi” olmasının karyerasına nə dərəcədə təsir etdiyini və ya edəcəyi ilə işimiz yoxdur. Hər halda yaxşısını özü bilər.

İsmayıl nişanlısı ilə növbəti fotonu paylaşaraq Həzrəti Əlinin dəyərli kəlamlarından birinə müraciət edib:

“Hz Əli evliliyi belə təsvir edir. Qaçhaqaçla evə yorğun getdiyim vaxt Hz Fatimənin üzünü gördüyüm anda bütün dərdlər bitirdi”.

İsmayıl Zülfüqarlı cari mövsümdə “Neftçi”nin heyətində meydana çıxdığı 15 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı